1965-ci ildən etibarən dünya gündəmindən düşməyən saxta erməni soyqırımı mövzusu ilə bağlı müzakirələr bu aralar daha da qızışıb.
Xəbər vermişdik ki, Ermənistanın baş naziri Nikol Paşinyan Sürixdə İsveçrədəki erməni diasporu ilə görüşündə ermənilərin qəzəbinə səbəb olacaq çıxış edib. O, ermənilərin Osmanlı İmperiyasındakı "soyqırımı" məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə növbəti dəfə bəyanat verib: "Biz erməni "soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu", - Paşinyan bildirdi.
Daha əvvəl o qeyd etmişdi ki, bu məsələ sovet dövründə süni şəkildə kəskinləşdirilib, çünki Türkiyə NATO-ya üzv olub. 2024-cü ildə xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, erməni "soyqırımı"nın beynəlxalq tanınması məsələsi İrəvanın xarici siyasətinin prioriteti deyil.
Adalet.az xəbər verir ki, Paşinyanın bu fikri Ermənistanda aləmi bir birinə qatıb. Buna etiraz edən məşhur ermənilərdən biri nüfuzlu erməni teleaparıcı Lika Tumanyan sosial şəbəkə hesabında yazıb ki, əslində, siz təkcə Qarabağı təslim edən şəxs kimi deyil, həm də erməni soyqırımı səhifəsini bağlayan şəxs kimi tarixdə qalmaq istəyirsiniz:”Türkiyə onilliklər boyu erməni soyqırımını inkar edəndə bu, dəhşətli, amma başa düşüləndir ki, onlar öz yalanlarını, yanılmazlıqları haqqında mifləri müdafiə edirlər. bir milyon yarım erməniyə işgəncə verdi. bu, milli varlığımızın mahiyyətinə xəyanətdir.
Deyək ki, atalarımız öz iradəsi ilə səhraya sürgün olunublar? Qadınlar və uşaqlar könüllü olaraq ölümə getdilər? Kəllə piramidalarının hansı fotoşəkilləri səhnələşdirilmiş kadrlardır? Xarici diplomatların və missionerlərin ifadələri kütləvi hallüsinasiyadır?
Əsrlər boyu düşmənlərimiz xəyal edirdilər ki, biz öz tariximizə şübhə etməyə başlayacağıq. Bu gün onların arzusu bu tarixi qorumalı olanların əli ilə həyata keçirilir. Bu diplomatiya deyil, kapitulyasiyadır. Bu, “tarixi hadisələrə yeni baxış” deyil, ən elementar mənada milli maraqlara xəyanətdir” deyə qəzəblənib
Eləcə də Ermənistan Parlamentinin deputatı Qeqam Manukyan da Paşinyanın bəyanatına öz Facebook səhifəsində cavab verib:”Nikolun erməni soyqırımı ilə bağlı bəyanatı təsadüfi deyil... o, müxtəlif məsələlərdə Overton pəncərəsinin alətindən istifadə edir. O, qəbuledilməz, rədd edilə bilən ideyanı meydana atır, müzakirələr nəticəsində həyat verir “nöqteyi-nəzər”ə çevirir... İllər əvvəl də elə bu mövzudan danışmışdım...”, - deyə yazıb.
Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov da məsələyə etinasız qalmayıb. O da sosial şəbəkə hesabında bildirib ki, Nikolun inkarını və nadanlığını dinlədikdən sonra Şopenhaueri xatırladım:”Bir dəfə dünya şöhrətli filosof Artur Şopenhauerə cavabını bilmədiyi bir sual verildi.
Böyük filosof Şopenhauerin bütün sualların cavabını bilməli olduğunu düşünən sual verən vətəndaşda təəccüb doğurur.Lakin Şopenhauer onu sakitləşdirərək deyir: "Bilik məhduddur, yalnız cəhalət sonsuzdur."
Bütün bunların Nikola da aidiyyəti var. Hər şeydən danışır. O, santexnik, tarixçi, konstitusiyaşünas, beynəlxalq alim, velosipedçi və aşpaz oldu, onlar kimi danışdı. Amma tək baş nazir ola bilmədi”.
Qeyd edək ki, ABŞ hələ 1919-cu ildə elan etdi ki, Osmanlı dönəmində erməni soyqırımı olmayıb. General C.Harbord 1919-cu ilin sentyabrında 47 nəfərlik bir heyətlə Anadolu, Qafqaz və İrəvanı ziyarət edir. O, burda 58 gün gəzərək 1603 səhifəlik hesabat hazırlayır. Hesabatda türklərlə ermənilərin 500 ildir birgə yaşadığı, “biz qarışmasaq, 500 il daha problemsiz şəkildə yaşaya bilərlər” dəyərləndirməsinə yer verilib. Hətta, bölgədə kilsədən çox məscidlərin məhv edildiyi də vurğulanıb”
Ondan sonra uzun müddət bu söhbət gündəmə gəlmədi. Qəflətən 1965-ci ildə artıq ermənilərin yalandan qaladıqları ocağın üstünə sanki kimsə yağ tökdü... Elə o vaxtdan bu qondarma mövzu gündəmdən düşmür. İmperialist dövlətlər Türkiyəyə qarşı silah kimi istifadə etdiyi erməni soyqırımı ABŞ-ın 50 ştatında, eyni zamanda yüzə yaxın müxtəlif ölkələrdə rəsmən tanınıb.
Əntiqə Rəşid