AZ

Baş prokuror: "2024-cü ildə 41 nəfər Ermənistan tərəfindən basdırılmış minaların qurbanı olub"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"2024-cü ildə 41 nəfər Ermənistanın mina terrorunun qurbanı olub".
Oxu.Az xəbər verir ki, bunu baş prokuror Kamran Əliyev qurumun geniş kollegiya iclasında çıxışı zamanı deyib.
Baş prokuror bildirib ki, 41 nəfər 2024-cü ildə mina və hərbi sursat partlayışlarının qurbanı olub.
Onlardan, 5 nəfər həlak olub, 36 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş prokuror qeyd edib ki, 382 nəfər 2020-ci ilin noyabr ayından hazırkı vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 70-i həlak olub, 312 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Seçilən
4
32
oxu.az

10Mənbələr