AZ

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Bakı. Trend:

Ötən həftə ABŞ-nın yeni prezidenti Donald Trampınandiçmə mərasimindəki çıxışı zamanı səsləndirdiyi fikirlər fonundaölkə rəhbərinin vergi tariflərinin seçki kampaniyası dövründə vəddetdiyi kimi aqressiv olmayacağı ehtimallarının artması, eləcə də,Amerikada inflyasiyanın zəifləyəcəyinə dair proqnozların güclənməsidolların major valyutalar qarşısında ucuzlaşmasına səbəb oldu. Beləki, EURUSD cütlüyü ötən həftə ərzində 1.0270 səviyyəsindən 2.5 sentbalahaşaraq 1.0520 hədddinə yüksəlib. GBPUSD məzənnəsi də 1.2170həddindən dəstək taparaq 2.2500 səviyyəsinə kimi bahalaşdı.Dolların zəifləməsi fonunda qızıl “güvənli liman” maliyyə alətikimi dəyər qazandı və 2703$-dan 2786$-a kimi yüksəldi.

Cari həftə ərzində bazarların gündəmində çərşənbə günüABŞ Federal Ehtiyyatlar Sisteminin, cümə axşamı günü isə AvropaMərkəzi Bankının növbəti faiz qərarı olacaq.

FED-in çərşənbə günü iki günlük iclasın sonunda faizdərəcələri dəyişməz olaraq saxlayacağı analitiklər tərəfindənproqnoz olunur. Lakin, bazar iştirakçılarının fikrincəinflyasiyanın 2%-lik hədəf səviyyəsinə yaxınlaşması fonunda mərkəzibank mart ayında faiz endirimini reallaşdıra bilər.

Avropa Mərkəzi Bankının isə uçot dərəcələrini3.15%-dən 2.9%-ə endirəcəyi proqnozlaşdırılır.

Bu həftə ərzində, həmçinin, Amerikada, Avrozonada vəAlmaniyada ÜDM hesabatı, eləcə də, Almaniyada, Yaponiyada vəAvstraliyada İstehlak Qiymətləri İndeksi göstəriciləri dərcolunacaq.

Yanvar ayının son həftəsində “Möhtəşəm Yeddilik”şirkətlərindən dördü rüblük nəticələrini açıqlayacaq. “MetaPlatforms”, “Microsoft” və “Tesla” çərşənbə günü hesabatlarını dərcedəcək, “Apple” isə nəticələrini cümə axşamı açıqlayacaq.

EUR

Ötən həftəyə 1.0270 səviyyəsində start verən EURUSDməzənnəsi həftə ərzində 1.0520 səviyyəsinə qədər bahalaşdı vəhəftəlik şamını 1.0490 səviyyəsində tamamladı.

Cari həftə ərzində Avrozonada və Almaniyadaaçıqlanacaq ÜDM hesabatı və Almaniyada dərc olunacaq İstehlakQiymətləri İndeksi göstəriciləri avronun dünya birjalarındakıqiymətlərinə yön verə bilər.

“Buğalar” qiyməti 1.06$ həddinin üzərinə yüksəldə vəburada qoruyub saxalaya bilsələr, artım tendensiyası davam edəbilər.

GBP

Keçən həftəyə 1.2170 səviyyəsində başlayan GBPUSDməzənnəsi həftə ərzində 1.25$ səviyyəsini qədər bahalaşdı.

Bu həftə isə dolların birjalardakı mövqeyifunt-sterlinqin də qiymətlərinə yön verəcək.

XAUUSD

“Güvənli liman” olaraq sığındıqları qızıl ötən həftə2703$ həddindən dəstək alaraq 2786$-a kimi bahalaşdı. Hazırda2754$-dan təklif olunan qızılda “buğalar”-ın qarşısında duran əsasmüqavimət həddləri kimi, 2762$, 2776$ və 2791$ səviyyələri çıxışedir.

OİL

Neft qiymətləri ABŞ prezidenti Donald Trampın “OPEC”-əqiymətləri azaltmaq üçün təkrar çağırışı fonunda ucuzlaşır: “Brent”markalı neftin bir barrel üçün qiyməti 78$-a qədər ucuzlaşıb, ”WTI”markalı neftin bir barrel üçün qiyməti isə 75$-a qədər geriləyib.Tramp “Ağ Evdə”-ki ilk həftəsində ölkənin neft və qaz hasilatınıartırmaq üçün genişmiqyaslı tədbirlərin görüləcəyini açıqladı.

Ötən həftə 81.30$ səviyyəsinə start verən OLİUK,həftəni 78.90$ həddində tamamladı. “Ayılar” qiyməti 80$ həddininaltında saxladığı müddətcə eniş tendensiyası davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefonnömrəsi və ya www.investaz.az vebsaytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

Seçilən
4
23
az.trend.az

10Mənbələr