Day.Az informasiya portalının və Trend beynəlxalq informasiya agentliyinin saytları xaricdən kiberhücumlara məruz qalıb. Hücumlar resursların işinə təsir edərək məzmuna girişdə fasilələrə səbəb olub.
Day.Az xəbər verir ki, mövcud məlumatlara görə, informasiya resurslarımıza qarşı kütləvi hücum yanvarın 26-da saat 23:00 radələrində başlayıb və bu gün səhər saatlarında pik intensivliyə çatıb. Hücumun həyata keçirilməsi üçün hakerlər Azərbaycan İP ünvanları oğurlayıblar. İlkin məlumatlara görə, hücumlar Fransa və Ermənistan ərazisindən həyata keçirilir.
Hazırda agentliyin İT xidmətləri Delta Telecom ilə problemlərin tam həlli üçün çalışır.
Yaranmış müvəqqəti narahatlığa görə oxucularımızdan üzr istəyirik. Yaxın vaxtlarda Day.az kiberhücum və hücum edənlər haqqında ətraflı əlavə məlumat verəcək.