“Sabah” Azərbaycan Premyer Liqasının 20-ci turunda “Sumqayıt”la qolsuz heç-heçə edib.
Publika.az xəbər verir ki, paytaxt klubu keçirdiyi 20 matçda 10-cu dəfə bərabərliklə kifayətlənib. Ölkə çempionatları tarixində 3-cü belə hadisədir ki, bir komanda ilk 20 turun oyunlarının ən azı yarısında sülhə imza atıb. Bu barədə PFL məlumat yayıb.
Mütləq rekord 2012/13 mövsümündə 20 turda 11 heç-heçə edən “Bakı”ya məxsusdur. “Şamaxı” 2014/15 mövsümündə “İnter” adı ilə 10 heç-heçə edib.