AZ

Trampın Putinlə bağlı mövqeyində tərəddüdlər var– ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Rusiya və Vladimir Putinlə bağlı mövqeyində tərəddüdlər müşahidə olunur. Asia Times yazır ki, Trampın Rusiyanın iqtisadi vəziyyəti ilə bağlı baxışı əsasən ABŞ kəşfiyyatından aldığı məlumatlara əsaslanır. O, Rusiyanın iqtisadi çöküşə yaxın olduğunu düşünərək, Putinə tez bir razılaşmaya gəlməsini tövsiyə edir.

Lakin məqalədə vurğulanır ki, bu ritorika Co Bayden və onun administrasiyasının səhv yanaşmasına əsaslanır və ABŞ-ın Rusiyada rejim dəyişikliyi etməyi hədəflədiyi qənaətini gücləndirir. Bu isə yalnız Moskvanın Ukrayna münaqişəsini sona çatdırmaq və qalib gəlmək əzmini artırır.

Eyni zamanda, Trampın sərgilədiyi siyasət Rusiyada ona olan etibarı zəiflədir və sülh danışıqları aparmaq perspektivini çətinləşdirir. Asia Times bildirir ki, Tramp və Putin arasında hələ də birbaşa telefon danışığı baş tutmayıb.

Bundan əvvəl Tramp Putinlə görüş keçirmək niyyətini bir daha dilə gətirmişdi. Rusiyalı senator Aleksey Puşkov isə Trampın Ukrayna məsələsində öz mövqeyinə sadiq qalmalı və liberal dairələrin təzyiqinə uymamalı olduğunu vurğulamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
50
olaylar.az

10Mənbələr