Bakı. Trend:
UNEC-in start verdiyi “Elmgözəldir: məktəbdən elmə” və “Elmin populyarlaşdırılması”təşəbbüslərinin reallaşdırılması istiqamətində UNECnümayəndələrinin və elm adamlarının növbəti səfəri Mingəçevirşəhərinə olub.
Elm və innovasiya məsələləri üzrə prorektor, professor RövnəqRzayev, AMEA-nın həqiqi üzvü, akademik Adil Qəribov, UNEC-in Elminpopulyarlaşdırılması tədqiqat mərkəzinin direktoru, dosent EtibarƏliyev, “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müdiri, dosentTural Nağıyev, Laboratoriyaların işinin təşkili mərkəzinindirektoru, dosent Ramil Sadıqov Mingəçevir Dövlət Universitetində,Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar elmlər təmayüllüliseydə və 9 saylı tam orta məktəbdə görüşlər keçiriblər.
Layihənin məqsədi gənc nəslin intellektual potensialının vədünyagörüşünün inkişafına təkan verməklə, elmi biliklərin kütləvitəbliğini həyata keçirmək, elmin təbliğatını təşkil etməklə gəncnəslin elmə marağını artırmaqdan ibarətdir.
Mingəçevir Dövlət Universitetində keçirilən görüşdə rektorvəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov UNEC-in təşəbbüsününəhəmiyyətindən danışaraq, elmin populyarlaşdırılmasının cəmiyyətdəmühüm yer tutduğunu vurğulayıb. O, elmi mühitin inkişafı və elmintəbliği ilə bağlı MDU-da son illərdə həyata keçirilən işlərdən sözaçıb.
UNEC-in Elm və innovasiya məsələləri üzrə prorektoru RövnəqRzayev layihənin məqsədini diqqətə çatdıraraq, elminpopulyarlaşdırılmasında və elmi biliklərin geniş yayılmasında alitəhsil müəssisəsinin üzərinə düşən vəzifələrdən danışıb. O, elm vətəhsil müəssisələrini bu istiqamətdə fəal olmağa dəvət edib.
Sonra UNEC-in Elmin populyarlaşdırılması mərkəzinin rəhbəriEtibar Əliyev və akademik Adil Qəribov elmin cəmiyyətəinteqrasiyası, müasir dövrün elmi problemləri və həlli yollarıbarədə maraqlı çıxışlar ediblər.
Məktəblərdə keçirilən görüşlərdə şagirdlərə elmin əhəmiyyəti,müasir texnologiyalar və innovativ inkişaflar haqqında məlumatverilib. Professor Rövnəq Rzayev və akademik Adil Qəribovşagirdlərə elmi tədqiqatların cəmiyyətə təsirini və onlarıngündəlik həyatımızdakı rolunu izah ediblər. Elmə olan marağınuşaqlıqdan başlayaraq inkişaf etdirilməsinin vacibliyinə diqqətçəkən alimlər, elmin ölkənin inkişafındakı rolundan dadanışıblar.
Etibar Əliyev isə gəncləri elmi işlərə cəlb etməyin yollarındansöz açıb və elmin müxtəlif sahələri üzrə maraqlı nümunələr gətirib.Tural Nağıyev və Ramil Sadıqov mühəndislik və tətbiqi elmlərinxüsusiyyətləri, bu sahələrdəki yeniliklər və inkişaf edəntexnologiyalarla bağlı təqdimatlar ediblər.
Görüşlərdə iştirak edən məktəblilər və müəllimlər elmin dahasadə və maraqlı prizmadan təqdim edilməsini yüksəkqiymətləndirərək, bu təşəbbüsə digər təhsil müəssisələrininqoşulmasının və davam etdirilməsinin əhəmiyyətli olacağınıvurğulayıblar.