Fransa Suriyaya qarşı bəzi sanksiyaları ləğv edib.

İndex.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib.

Nazir Fransanın Suriyaya qarşı bəzi sanksiyaları ləğv etdiyini qeyd edib.

O həmçinin əlavə edib ki, ölkəsi Fransa vətəndaşlarının İranda saxlanılmasına cavabdeh olan İslam Respublikası rəsmilərinə qarşı sanksiyalar təklif edəcək.