AZ

"İraqdan son gözləntimiz budur", H.Fidan

 

  Türkiyənin Xarici işlər naziri Hakan Fidan "İraqdan son gözləntimiz “qadağan olunmuş təşkilat” elan etdiyi PKK-nı həm də terror təşkilatı kimi tanımasıdır" deyə bildirib.  

  İraqa səfəri zamanı paytaxt Bağdada iraqlı həmkarı Fuad Hüseynlə görüşündən sonra təşkil edilən ortaq mətbuat konfransında çıxışında H.Fidan deyib: "İraq nə qədər güclü və zəngin olarsa, Türkiyənin rifahı da eyni dərəcədə artar. İraq daha təhlükəsiz və sabit olarsa, bölgəmizdə sülh və əmin-amanlıq olar. İraqın firavan və daha təhlükəsiz ölkə olması və bölgəmizə verəcəyi töhfələr üçün bütün təşəbbüslərini dəstəkləyirik. Bu baxımdan İraqla terrorla mübarizə sahəsində son zamanlar əldə etdiyimiz anlaşma çox dəyərlidir. Xüsusilə terrora qarşı əməkdaşlıq, DEAŞ və PKK ilə mübarizəmiz son dərəcə əhəmiyyətlidir.

  PKK təkcə Türkiyə deyil, İraqı da hədəf alır. Bölgəmizin gələcəyi, rifahı üçün bütün imkanlarımızı birləşdirib, həm DAEŞ, həm də PKK-nı yox etməliyik. İraqdan gözlədiyimiz “yasaq” elan etdiyi PKK-nı eyni zamanda terror təşkilatı kimi də tanımasıdır”.

  İraqın Xarici işlər naziri Fuad Hüseyn də öz növbəsindəki çıxışında Türkiyə ilə güclü ikitərəfli əlaqələrə malik olduqlarını bildirib və türkiyəli həmkarının Bağdad səfərindən məmnuniyyətini dilə gətirib.

  Türkiyənin Xarici işlər naziri Hakan Fidan Bağdadda İraqın müdafiə naziri Sabit Abbasi ilə də görüşüb.



Seçilən
3
2
trt.net.tr

3Mənbələr