AZ

Ukraynada münaqişənin dondurulması digər bölgələrdə qarşıdurmalara səbəb ola bilər – Çikaqo Universitetinin professoru Con Mirşeymer

Ukraynada münaqişənin dondurulması Şərqi Avropanın digər bölgələrində də qarşıdurmalara səbəb ola bilər. Bu barədə amerikalı jurnalist Qlen Qrinvaldın YouTube kanalında Çikaqo Universitetinin professoru Con Mirşeymer bildirib.

“Şərqi Avropada gözümüzün qarşısında partlaya biləcək altı qaynar nöqtə var: Birincisi Arktika, ikincisi Baltikyanı, üçüncüsü Belarusiya, dördüncüsü Kalininqrad, beşincisi Moldova, altıncısı Qara dənizdir. Bunlar Qərblə Rusiya arasında münaqişənin potensial alov nöqtələridir”, – Merşaymer qeyd edib.

Bu arada o, daha əvvəl bəyan etmişdi ki, Rusiya Ukrayna münaqişəsində qələbəyə bir addım qalıb. Professor vurğulayıb ki, döyüş meydanında vəziyyət Rusiya qoşunlarının nəzarəti altındadır.

//Samir Qurbanov, Editor.az

Seçilən
5
50
editor.az

10Mənbələr