AZ

Netanyahu Trampa yardım üçün təşəkkür etdi

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampa "İsrailin ehtiyac duyduğu" yüksək tonajlı bombaları təmin etmək vədinə əməl etdiyinə görə təşəkkür edib.

Turkustan.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu X hesabında yayımladığı videomüraciətində İsrailin özünü müdafiə etmək və ABŞ ilə ortaq düşmənlərinə qarşı döyüşmək üçün sözügedən bombalardan istifadə edəcəyini iddia edib.

İsrailin "sülh və firavanlıqla dolu gələcək qurduğunu" iddia edən Netanyahu, "Sözünüzü tutduğunuz üçün təşəkkür edirəm, prezident Tramp" deyib.

Bildirək ki, Ağ Ev ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə İsrailə 1 tonluq bomba tədarükünə qoyulan məhdudiyyətin aradan qaldırılması üçün Pentaqona göstəriş verib.

ABŞ-dan 1800 ədəd MK-84 tipli 1 tonluq bombanın yaxın günlərdə gəmiyə yüklənərək İsrailə təhvil veriləcəyi qeyd edilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
6
47
turkustan.az

10Mənbələr