Braziliyalı futbolçu Neymar karyerasını ölkəsində davam etdirməyə yaxındır.
"Əl-Hilal"ın hücumçusu Neymar karyerasını "Santos"da davam etdirəcək.
"Operativ Media" xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, 32 yaşlı braziliyalının transferi ilə bağlı tərəflər arasında şifahi razılıq əldə olunub. Müqavilənin gələn həftə yekunlaşacağı gözlənilir.