AZ

Şəhid Orxanın atası İrana terrorçunun edamını izəməyə gedəcək

Azərbaycanın Tehrandakı səfirliyinə hücum zamanı şəhid olan Orxan Əsgərovun atası Rizvan Əsgərov oğlunun qatilinin edam edilməsini prosesi üçün İrana gedəcəyini təsdiq edib. Bu barədə o Modern.az saytına müsahibəsində bildirib. 
 
"İki ildir bu hökmün verilməsini gözləyirdik. Nəhayət bir neçə gün əvvəl mətbuatda belə bir məlumat yayıldı ki, qatilin ölüm hökmü Ali Məhkəmə tərəfindən təsdiq olunub. Ağrı hər zaman ürəyimizdə qalacaq. Sadəcə, övladımın qatili layiqli cəzasını alıb deyə insanın ürəyində biraz yüngüllük hissi yaranır. Hökmün nə zaman icra olunacağı bu ölkənin hüquq-mühafizə orqanlarının işidir. Yəqin ki, bizə məlumat veriləcək. Oğlumun qatilinin edamında iştirak edəcəm. Mən yenə deyirəm, qatil edam olunarkən onun gözlərinin içinə baxmaq istəyirəm. Ən böyük arzum budur. Qoy, o, hər bir əməlin bir bədəli olduğunu və bunu ödəməli olduğunu anlasın", - bildirib. 
 
Yanvarın 22-də  İranın Məhkəmə Sisteminin sözçüsü Əsğər Cahangir bu gün Tehranda keçirilən mətbuat konfransında deyib ki, Azərbaycan səfirliyində teror aktı törədən Yasin Hüseynzadənin işi Ali Məhkəmə tərəfindən təsdiqləyib. İş icraata götürülməsi üçün Tehranın Cinayət Məhkəmələrinə göndərilib və zərərçəkən tərəfin valideynləri gəlib qisas tələb edən kimi növbəti addımlar atılacaq.
 
Bakı ilə Tehran arasında münasibətlər 2023-cü ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib. Hadisədən sonra Azərbaycan səfirliyi diplomatik fəaliyyətini dayandırıb, əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də qeyri-dost addım kimi qiymətləndirir. Bundan əlavə, Bakı martın sonunda Azərbaycan parlamentinin deputatı Fazil Mustafanın həyatına sui-qəsddə İranın əli olduğunu açıqlayıb.


Aprelin 6-da İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilərək 48 saat ərzində Azərbaycanı tərk etmələri barədə göstəriş verilib.
 
Gülnar 

www.anews.az
Seçilən
18
6
anews.az

10Mənbələr