AZ

Zəngilan rayonunun Cahangirbəyli kəndində daxili kommunikasiya işlərinin görülməsinə 2 milyon xərclənəcək

Zəngilan rayonu, Cahangirbəyli kənd yaşayış məntəqəsinin yenidənqurulması layihəsi çərçivəsində daxili kommunikasiya (köməkçi obyektlərin tikintisi) işləri həyata keçiriləcək.

 

Pravda.az-ın xəbərinə görə, işlərin ümumi dəyəri 1 977 359 AZN-dir.

 

"Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi "Az Technocon Group" MMC ilə müqabilə bağlamağı planlaşdırır.

 

Cabir Həsənov

Tarix: 27 Yanvar 2025, 12:20   
Seçilən
8
13
pravda.az

10Mənbələr