AZ

“Grand Kartal”da yanğının səbəbi məlum oldu

Türkiyənin Qartalqaya dağ-xizək kurortunda yerləşən “Grand Kartal” otelində baş verən güclü yanğına səbəb aşpazların səhlənkarlığı olub.

Qeyd olunub ki, yanğın yanvarın 21-də yerli vaxtla saat 03:21-də aşpazların qonaqlar üçün səhər yeməyi hazırladığı mətbəxdə baş verib. Onlar alovlanan yağın üzərinə su tökməyə başlayıb, bu da yanan kütlənin bütün otağa sıçramasına səbəb olub. Çaxnaşma içində aşpazlar küçəyə qaçıb, alov tez bir zamanda otelin bütün mərtəbələrinə yayılıb, oteldə yanğın siqnalı söndürülüb.
Son məlumata görə, yanğınla bağlı aparılan istintaq çərçivəsində 19 nəfər həbs edilib. Onların arasında otelin sahibi, meneceri, kurortun yaxınlığında yerləşən Bolu şəhərinin meriyasının nümayəndələri, Balu bələdiyyəsi sədrinin müavini də var.
Qeyd edək ki, “Grand Kartal” otelində baş verən yanğın nəticəsində çoxu uşaq olmaqla 78 nəfər ölüb, 50-dən çox insan isə yaralanıb. Yanğın zamanı oteldə ümumilikdə 238 qonaq olub.

Seçilən
16
2
bolge.tv

10Mənbələr