AZ

Amerika tərəfindən maliyyələşdirilən bütün xarici yardımlar dayandırılıb

 

ABŞ Dövlət Departamenti və Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə maliyyələşdirilən mövcud bütün xarici yardım proqramlarına fasilə verilib. Xarici ölkələrə edilən ödənişlərin dayandırılmasının məqsədinin bu yardım proqramlarının effektivliyini və ABŞ-ın xarici siyasətinə uyğunluğunu qiymətləndirmək olduğu bildirilib. 

Verilən açıqlamada yardımların yenidən nəzərdən keçirilməsi və tənzimlənməsinin zərurət olduğu, bu xərclərin Amerika xalqına fayda gətirməsinin vacibliyi qeyd olunub. 

Prezident Donald Tramp yanvarın 21-də vəzifəyə başlamasından dərhal sonra xarici yardımlara dair fərman imzalamışdı. Fərmanda xarici inkişaf yardımı proqramlarından məsul bütün nazirlik və qurumların xarici ölkələrə edəcəyi ödənişləri dayandıracağı, proqramların ABŞ-ın xarici siyasəti ilə uyğunluğunu qiymətləndirmək üçün 90 günlük bir təhlil müddətinin başlanıldığı qeyd olunmuşdu. 

Qeyd edək ki, xarici inkişaf dəstəkləri digər ölkələrə edilən iqtisadi, sosial, texniki və humanitar yardımları əhatə edir.



Seçilən
18
3
trt.net.tr

5Mənbələr