AZ

Polşada Pegasus vasitəsilə 578 siyasətçinin telefonu ələ keçirilib- Rzeczpospolita

Polşa xüsusi xidmət orqanları tərəfindən satın alınan İsrailin “Pegasus” casusluq proqramı ölkənin 578 siyasətçisinin telefonlarını dinləmək üçün istifadə edilib. Vətəninfo.az xəbər verir ki , bu barədə Polşanın “Rzeczpospolita” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, “Pegasus” əvvəlcə Korrupsiyaya Qarşı Mübarizə üzrə Mərkəzi Bürosunun təşəbbüsü ilə alınıb, lakin sonradan Daxili Təhlükəsizlik Agentliyi, Hərbi Əks-Kəşfiyyat Xidməti və polis məlumatlardan istifadə etməyə başlayıb.

Bundan başqa, qəzet yazır ki, Daxili Təhlükəsizlik Agentliyi və Hərbi Əks-kəşfiyyat Xidməti Pegasus proqramı vasitəsilə əldə edilən məlumatların istifadəsi üçün Korrupsiyaya Qarşı Mübarizə Bürosuna pul ödəyib. Bunun üçün hərbi əks-kəşfiyyat Mərkəzi Korrupsiyaya Qarşı Mübarizə Bürosunun hesabına hər il 4 milyon zloti (təxminən 1 milyon dollar) pul köçürürdü.

Rzeczpospolita həmçinin hesab edir ki, Polşa siyasətçiləri ilə bağlı əldə edilən məlumatların bir qismi İsrailə ötürülüb.

Qəzet daha əvvəl yazmışdı ki, bir il ərzində konkret nəticə qeydə alınmadığından Pegasus-un istifadəsini araşdıran dövlət komissiyasının fəaliyyəti 2025-ci ilin ortalarında dayandırıla bilər.

Seçilən
3
3
veteninfo.az

6Mənbələr