AZ

Paşinyan: “Niyə 1939-cu ildə erməni "soyqırımı" haqqında danışmırdılar?”

Pasinyandan "erməni genosidi" ilə bağlı sensasion bəyanat.

Ermənistanın baş naziri Nikol Paşinyan bir daha Osmanlı İmperiyasında ermənilərin “soyqırımı” məsələsinə yenidən baxılmasının vacibliyini bəyan edib. Paşinyan bunu Sürixdə İsveçrənin erməni diasporu ilə görüşündə deyib.

“Biz ermənilərin “soyqırımı”nın tarixi məsələsinə qayıtmalıyıq. Nə baş verdiyini və niyə baş verdiyini başa düşməliyik. Biz bunu necə, kimin köməyi ilə qəbul etdik. Necə oldu ki, 1939-cu ildə “soyqırım” gündəmi yox idi, amma artıq 1950-ci ildə gündəmə gəldi”, - Paşinyan bildirib.

Bundan əvvəl Paşinyan bəyan etmişdi ki, Türkiyə NATO-ya üzv olduqdan sonra bu məsələ sovet dövründə süni şəkildə kəskinləşib. 2024-cü ildə xarici işlər naziri Ararat Mirzoyan bəyan etdi ki, erməni “soyqırımı”nın beynəlxalq səviyyədə tanınması məsələsi Yerevanın xarici siyasəti üçün prioritet deyil.

visiontv.az



Seçilən
5
37
visiontv.az

10Mənbələr