AZ

Vayfayı olan hər kəsə xəbərdarlıq...

Geniş istifadə olunan Vayfay şəbəkələri həyatımızı asanlaşdırsa da, ciddi təhlükəsizlik problemlərini də gündəmə gətirir. Evdə, işdə və ya ictimai məkanlarda istifadə olunan bu şəbəkələr, xüsusilə gecə saatlarında kiberhücum riski ilə üzləşə bilər.

Ekspert rəyi: Gecə təhlükəsi niyə artır?İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev bu məsələdə bir neçə vacib məqamı vurğulayıb:"Gecə saatlarında şəbəkə istifadəçiləri daha az aktiv olduğundan şübhəli fəaliyyətləri aşkar etmək çətinləşir. Əgər şəbəkə güclü şifrələmə, unikal parol və müntəzəm yeniləmələrlə qorunursa, bu risk əhəmiyyətli dərəcədə azalır."

Kiberhücumdan qorunmaq üçün tövsiyələr

Şifrələmə üsulunu yeniləyin: Şəbəkəniz üçün WPA3 (və ya ən azı WPA2) şifrələməsini aktiv edin. Köhnəlmiş WEP şifrələmələrindən uzaq durun.Güclü parol seçin: Standart və ya sadə parollardan istifadə etməyin. Mürəkkəb, uzun və unikal parollar təyin edin.Şəbəkəni gizlədin: SSID yayımını söndürərək şəbəkənizi daha az görünən edin.MAC ünvan filtirləmə: Yalnız müəyyən cihazların şəbəkəyə qoşulmasına icazə verin.Router təhlükəsizliyi: Routerin daxili firewall funksiyasını aktivləşdirin.

Niyə bu addımlar vacibdir?Asif Rzayev qeyd edir ki, zəif şifrələmə və standart parollar kiberinayətkarlar üçün asan hədəfdir. Xüsusilə gecələr şəbəkənin aktiv qalması belə hücumların ehtimalını artırır. Lakin doğru təhlükəsizlik tədbirləri ilə bu risklərdən sığortalanmaq mümkündür.

Seçilən
6
12
bakuinfo.net

10Mənbələr