AZ

Gülben Ergen bu paylaşımına görə prokurorluğa çağırıldı - FOTO

Məşhur müğənni Gülben Ergen 2 yaşında zorakılığa məruz qalaraq dünyasını dəyişən Sıla ilə bağlı sosial media hesabında etdiyi paylaşıma görə prokurorluğa çağırılıb.

 

Sfera.az xəbər verir ki, bu  barədə Türkiyə mətbuatı məlumat yayıb. 

 

Gülben Ergen tez-tez sosial media hesablarında qadın qətli, uşaq istismarı kimi mövzularda paylaşım edir. Bunun fonunda o, İstanbul şəhər Baş Prokurorluğuna çağırılıb. 

 

Müğənni 2 yaşında qətlə yetirilən azyaşlıya görə, prokurorluğa çağırılmasına təəccüblənib. Məlum olub ki, naməlum şəxslər Gülben Ergeni məhz bu paylaşımına görə polisə şikayət edib. 

 

Gülben Ergen bu paylaşımına görə prokurorluğa çağırıldı - FOTO

Seçilən
1
6
sfera.az

7Mənbələr