AZ

Qadın pişiyi ilə birlikdə eyni gündə ÖLDÜ

Rusiyada, Moskva yaxınlığındakı Klimovskda 62 yaşlı qadın pişiyi ilə eyni gündə müəmmalı şəkildə ölüb, oğlu isə, ağır zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, ölümdən cəmi bir neçə gün sonra mərhumun oğlu polisə bildirib ki, anasının ölümü ərəfəsində qonşusu tarakanları zəhərləyirdi.

Onun sözlərinə görə, kimyəvi maddələr mənzilə havalandırma avadanlıqdan daxil ola bilərdi. Bildirilib ki, əvvəlcə pişik ölüb, sonra anası xəstələnib. Sonra kişi də özünü pis hiss edub.

Teleqram 112 kanalının məlumatına görə, müstəntiqlər “Ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə cinayət işi açıb və ekspertizalar təyin ediblər. Zəhərlənmə faktı təsdiqlənərsə, qonşunu iki ilə qədər həbs gözləyir.

Seçilən
21
medianews.az

1Mənbələr