Bakı. Trend:
Səbail rayonu ərazisində 3 nəfərin dələduzluq yolu iləümumilikdə 14 min manatdan çox pul vəsaitinin ələ keçirilməsibarədə polisə məlumatlar daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, SəbailRPİ 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərləəməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı O.Qürbətli, 38 yaşlıƏ.Məhərrəmov və 45 yaşlı S.Cavadova müəyyən olunaraqsaxlanılıb.
Bildirilir ki, bundan başqa rayon ərazisində 2 şəxsinavtomobilindən mobil telefon və 480 manat dəyərində 4 ədəd təkəroğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş 32 yaşlıT.Maksimov və 38 yaşlı E.Kazımovun saxlanılması da polisəməkdaşları tərəfindən təmin olunub.
Araşdırmalar aparılır.