AZ

Qurban Qurbanov "od püskürdü" - AFFA-dan cavab gəldi - VİDEO

Azərbaycan Premyer Liqasının 20-ci turunda keçirilən “Qarabağ” – “Turan Tovuz” (1:2) matçından sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov hakimlikdən narazılıq edib.


Təcrübəli mütəxəssis qonaqların 90-cı dəqiqədə künc zərbəsindən vurduğu bərabərlik qolunda qayda pozuntusu olduğunu iddia edib. Qurbanov hətta mətbuat konfransında “od püskürüb”:


“Mən bilmirəm qapıçı meydançasında cərimə necə olur. 5 nəfər qapıçını əhatəyə alırsa, topa çıxmağa qoymursa, buna reaksiya vermirlərsə, nə deyim buna? Rəqib oyunçular qapıçını əllə, bədənlə itələyir. Bu, tək indi deyil. Biz həmişə qalib gələn komandanı təbrik edirik. Neçənci oyundur belə olur. Reaksiya verilmirsə, əlbəttə ki, daha artığını edəcəklər. Qapıçı öz meydançasında toxunulmazdırsa, mən bilmirəm bu necə toxunulmazlıqdır. İkinci qolu başa düşürəm, səhv etdik. Orada cərimə var idi? Sanki hakimlər belə epizodlara bəsit yanaşırlar. Camaatın burada haqqı var, əziyyət çəkirik. Olmaz axı belə. 12 yaşlı uşaqlara hakimlik etmirsən ki. Düz nədirsə, onu ver. Kornerdə bilmirəm qapıçıya qarşı kobudluq necə olur. Onda 11 oyunçu ilə oynayaq. Bütün oyunlarda bu hallara rast gəlirik. Bu, məğlub olmağımıza səbəb deyil. Amma neçə oyunda bunları görmüşük. İki əllə futbolçumuzu itələyirlər. Əsas buna görə əsəbiləşdim. Epizoda bəlkə 10 dəfə baxdım. Faiq Hacıyevin tapşırığı ancaq qapıçı ilə oynamaqdır. Başqa işi yoxdur. Şahruddin topa gedir, Faiq onu itələyir. Bu, cərimə deyilsə, nədir? Top göydə olanda oyun saxlanılmalı idi”.

AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekerin mübahisəli epizoda şərh verib. O, qolun qaydalar çərçivəsində vurulduğunu bildirib:

“Turan Tovuz”un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı (Şahrudin Məhəmmədəliyev) topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top “Turan Tovuz”un 40 nömrəli oyunçusunun (Kauan Martins) önünə düşür və o, qol vurur.
VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçün hesaba alınır”.

//publika.az

Seçilən
5
29
referans.az

10Mənbələr