AZ

Kartalkaya kurortunda baş verən yanğının ilkin səbəbi AÇIQLANDI

Türkiyənin Bolu vilayətində “Grand Kartal” otelində baş verən və 78 nəfərin həyatına son qoyan yanğın ehtimal ki, mətbəxdən başlayıb, işçilər manqalı açıq qoyub, sonra yanğınsöndürən əvəzinə su ilə yanğını söndürüblər.

Modern.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

"Müstəntiqlərə daxil olan məlumata görə, yanğın gecə saat 03:21-də başlayıb, bundan əvvəl otelin 4-cü mərtəbəsində yerləşən mətbəx işçiləri səhər yeməyi hazırlamaq üçün manqalı yandırıblar. Manqal uzun müddət açıq qalıb, bu zaman qızdırılan yağ manqalın üzərinə tökülüb, yanğın başlayıb... Aşpaz Faysal Yavər və bir neçə işçi yanğınsöndürən əvəzinə su ilə alovu söndürməyə çalışsalar da, nəticədə yanğın daha da agüclənib”, - qəzet yazır.

Daha əvvəl otel sahibi Halit Ergül hadisədə işçiləri - aşpaz, elektrik və mühafizəçiləri günahlandırmışdı.

Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək kurortunda ötən çərşənbə axşamı gecə saatlarında yanğın baş verib. “Grand Kartal” otelində baş verən faciədə 78 nəfər həlak olub. Yanğınla bağlı 19 nəfər, o cümlədən otel sahibi həbs edilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün günahkarların məsuliyyətə cəlb ediləcəyini bildirib.

Seçilən
10
6
modern.az

6Mənbələr