AZ

Rusiya ordusu Kurskun daha bir qəsəbəsini azad edib

Rusiya ordusu Kursk vilayətinin Nikolaevo-Daryino qəsəbəsini nəzarətə götürüb.

Missiya.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Hücum əməliyyatları zamanı Kursk sərhəd bölgəsində Nikolaevo-Daryino üzərində nəzarət Şimal qoşun qrupunun hissələrinə qaytarıldı. Onlar həmçinin Ukrayna Silahlı Qüvvələrinin birləşmələrini darmadağın etdilər və düşmənin iki əks-hücumunu dəf etdilər”, - deyə vurğulanıb.

Xatırladaq ki, Ukrayna ordusu ötən ilin avqust ayında Kurska hücum edib.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
2
39
missiya.az

10Mənbələr