Prezidentlər Vladimir Putin və Donald Trampın təması ilə bağlı Rusiya təfəi hələ ki ABŞ-dan siqnal almayıb, lakin buna hazırlıq davam edir.
Modern.az xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Bundan əvvəl Putin Amerika lideri ilə görüşməyə və hər iki ölkəni maraqlandıran bütün sahələri sakit şəkildə müzakirə etməyə hazır olduğunu bəyan edib.
"Ona görə də biz, necə deyərlər, öz qrafikimizə uyğun işləyirik. Hazırlıq qorunur. Eşitdiyimizə görə, Amerika tərəfində də eyni hazırlıq qorunur. Görünür, müəyyən vaxta ehtiyac var", - Peskov jurnalistlərə Moskvanın Trampla Putin arasında görüş təşkil edib-etməməsi və Rusiya prezidentinin ABŞ-a belə görüşə getməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
O qeyd edib ki, hər şey iki ölkə liderlərinin belə bir söhbətin təşkilini nə vaxt məqsədəuyğun hesab etməsindən asılıdır.