14:13 27.01.2025
14:13 27.01.2025
2024-cü ildə 17 prokurorluq işçisi və 2 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib.
Mynews.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev geniş kollegiya iclasında çıxışı zamanı deyib.
O bildirib ki, onlardan 7 nəfərə töhmət, 4 nəfərə şiddətli töhmət elan edilib, 7 nəfər vəzifədən azad olunub, 1 nəfər isə rütbədən məhrum edilməklə prokurorluq orqanlarından xaric edilib