AZ

Hamının evində olan gizli təhlükə - FOTO

Bir çox insan gündəlik istifadə etdiyimiz bəzi əşyaların sağlamlığımız üçün nə qədər təhlükəli olduğunu bilmir.

Ölkə.Az xəbər verir ki. bu barədə türkiyəli kardioloq Türker Pabuccu və diyetoloq Ersin Özdemir birgə məlumat yayıb.

Kardioloq bildirib ki, ağardılmış və qaşla bəzədilmiş cinslər sağlamlıq üçün təhlükəlidir:

"Təəssüf ki, cinsi qaşla bəzəyərkən ağartma sənayesində istifadə edilən silisium dioksid kimi kimyəvi maddələr bu sektorda işləyən şəxslərdə uzun illər ölümcül ağciyər xərçənginə səbəb olub.
Biz də cins fabrikində işləyən işçilər kimi evlərimizdə olan bu yapışmaz tavalardan silisium dioksidi nəfəsimizə çəkirik". 

E.Özdemir isə bu maddələri "agentlər" adlandırıb:

"Xüsusilə naxışlı, qaşlı, fərqli rəngli şalvarlarda çox böyük risk var. Ticarət Nazirliyi (Türkiyə) bunların kanserogen olduğu ilə bağlı xəbərdarlıq yayımlayıb.
Teflon tava və qazanlar çox ciddi mənada sağlamlığımızı təhdid edir. Çünki bunlar 2-ci dünya müharibəsində partlayıcı maddələr kimi istifadə edilirdi.
Müharibə tez bitdiyi üçün təəssüf ki, bu partlayıcı maddələri mətbəxlərimizə daxil etdilər. 
Fransa teflon tava markasına qarşı məhkəmədə iddia qaldırıb. 

Həm çox rəngli cinslər, həm də teflon tavalar evlərimizdən uzaq olmalıdır".

Billurə

Seçilən
2
41
olke.az

10Mənbələr