Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, rayon ərazisində hərəkətdə olan “Nissan” markalı minik maşını otla yüklənmiş “KamAZ” markalı yük maşını ilə toqquşub.
Qəza zamanı minik maşınında olan 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"