AZ

Pakistanda "Tesla Cybertruck"ın "mini" versiyası hazırlandı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Pakistanda yerli mühəndis məşhur "Tesla Cybertruck" elektriklə işləyən pikapın unikal nüsxəsini hazırlayıb. Orijinal avtomobilin qiymətinin 70 min dollar (təxminən 119 min manat) olmasına baxmayaraq, pakistanlı usta öz versiyasını cəmi 3 milyon Pakistan rupisinə başa gətirib ki, bu da təxminən 18,3 min manata ekvivalentdir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə carscoops.com xəbər yayıb.
Bildirilir ki, əl işi olan pikap naməlum modelin bazasında hazırlanıb və kompakt ölçüləri ilə fərqlənir.
"Tesla Cybertruck"ın Pakistan versiyası orijinaldan daha qısa, alçaq və dardır. Avtomobilə quraşdırılan mühərrikin növü haqqında məlumat açıqlanmır.
Seçilən
15
50
oxu.az

10Mənbələr