“Ermənistanın Baş naziri Nikol Paşinyan meşədə gəzən dovşan kimi bir şeydir”.
Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu erməni jurnalist Hasmik Babacanyan deyib.
“Dovşanın hansı xarakterik xüsusiyyətə malik olduğunu bilirsinizmi? Qorxaqlıq deyəcəksiz, amma mən o keyfiyyətdən danışmayacam. Ana dovşan balalarının yanında cəmi 5-6 gün qalır, sonra isə bir neçə dəfə onların yanına gedir və balalarını sahibsiz qoyur. Buna görə də bir çox dovşan yırtıcıların qurbanı olur”, - deyə siyasətçi vurğulayıb.
Babacanyan qeyd edib ki, Paşinyan həmin ana dovşandan heç nə ilə fərqlənmir. O, Qarabağı qoruya bilmədi və öz balalarını sahibsiz qoydu.
Daşqın HəsənovMissiya.Az