Macarıstan Rusiyaya qarşı sanksiyaların altı ay müddətinə uzadılmasına razılıq verib, lakin bunun müqabilində Aİ-dən Budapeştin “enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlarına dair” bəyanat yaymasını istəyir.
“AzPolitika” xəbər verir ki, bu barədə “Politico” nəşri Avropa İttifaqının yüksək ranqlı diplomatlarına istinadla məlumat yayıb.
Məlum olduğu kimi, Macarıstanın Baş naziri Viktor Orban Rusiyaya qarşı sanksiyaların uzadılmasını, o cümlədən maliyyə aktivlərinin dondurulmasını əngəlləməklə hədələyərək, Aİ-ni gərginlikdə saxlayırdı.Aİ diplomatlarından biri deyib ki, Macarıstan beləliklə, “odla oynayır” və “transatlantik münasibətlərə bomba qoyur”. Eyni zamanda, iki avropalı diplomat buna baxmayaraq, Budapeştlə razılığa gələ bildiklərini deyiblər.
Beləliklə, Macarıstanın onun "enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlarını əks etdirən bəyanat” müqabilində geri çəkiləcəyi gözlənilir.
“AzPolitika.info”