AZ

Aİ Rusiyadan LNG idxalına tam qadağa qoya bilər

Avropa diplomatiyasının rəhbəri Kaja Kallas bəyan edib ki, 16-cı anti-Rusiya sanksiyalar paketinə Rusiyadan sıxılmış qaz alınmasına qadağa qoyulması daxildir və bu, Rusiya sənayesinə ağır təsir göstərəcək.

Kallas bildirib ki, yekun qərar fevralda veriləcək. O, bu prosesin Avropa İttifaqına üzv dövlətlər arasında aparılan danışıqlarla bağlı olduğunu izah edib. Kallas Rusiyaya iqtisadi təzyiqlərin davam etdirilməsinin vacibliyini xatırladıb.

Yanvarın 27-də Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə Ukrayna münaqişəsi ilə əlaqədar Rusiya Federasiyasına qarşı tətbiq edilən genişmiqyaslı sanksiyaların müddətinin uzadılması barədə razılığa gəliblər.

Daha əvvəl Putin Trampın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi ehtimalını dəyərləndirib

Əziz Mustafa, Oxuməni.az

Seçilən
5
20
oxumeni.az

10Mənbələr