AZ

3 şəhərdə 5 məhkum edam edildi

Kərəc şəhərinin Mərkəzi Həbsxanasında 3, Rəşt şəhərininin Lakan həbsxanasında 1 və Məlayer şəhərinin də həbsxanasında 1 məhkum edam edilib.

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, məhkumlardan 4-ü narkotik maddələrin alverində, biri isə adam öldürməkdə günahlandırılıb.

Qeyd edək ki, İran hökuməti 2024-cü ildə 1000-dən çox məhbusu edam edib və  bu son 30 il ərzində həyata keçirilən ən yüksək edam sayıdır.

İnsan haqları təşkilatları son 1 ildə edam edilənlərin 930-nun kimliyi müəyyənləşdirə biliblər.

visiontv.az



Seçilən
3
4
visiontv.az

10Mənbələr