AZ

Putin və Trampın dialoqu barədə Kremldən AÇIQLAMA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Moskva Rusiya Prezidenti Vladimir Putin və Ağ Ev rəhbəri Donald Tramp səviyyəsində ABŞ-la əlaqələrə hazırdır, lakin Vaşinqtondan müvafiq sorğular daxil olmayıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Biz dialoqa hazır qalırıq, lakin hələ Amerika tərəfindən heç bir siqnal alınmayıb", - deyə Kremlin nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, Moskva öz qrafiki üzrə işləyir, lakin Vaşinqtonla qarşılıqlı əməkdaşlığa açıqdır.
Peskov qeyd edib ki, ABŞ tərəfindən də eyni hazırlıq qalmaqdadır, lakin yəqin ki, yüksək səviyyəli görüşün təşkili üçün müəyyən vaxt tələb olunur.
Seçilən
12
50
oxu.az

10Mənbələr