AZ

İsrail Qəzzada iranlı jurnalisti həbs edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail Qəzza bölgəsində İran Dövlət Radio və Televiziya Şirkətinin (İDRTŞ) müxbirini ələ keçirib.
Oxu.Az-ın ISNA-ya istinadla verdiyi məlumata görə, bu barədə şirkətin rəhbəri Peyman Cabali xəbər verib.
O, jurnalistin İsrail tərəfindən tutulduğu və həbs edildiyi barədə informasiya olduğunu deyib. Cabali qeyd edib ki, reportyorun ailəsi tezliklə azad olunacağına ümid edərək hadisəni geniş ictimaiyyətə çatdırmamağı üstün tutub.
"Ümid edirik ki, tezliklə azad ediləcək", - deyə İDRTŞ rəhbəri vurğulayıb.
Seçilən
19
50
oxu.az

10Mənbələr