AZ

Azərbaycanda silahla məscidə girdi: HƏBS OLUNDU

Xaçmaz rayonunda məsciddə xuliqanlıq əməli törətmiş şəxs barədə məhkəmə hökmü çıxarılıb.

"Bakuinfo" xəbər verir ki, 1994-cü il təvəllüdlü Xaçmaz sakini F.Vəliyev (şərti soyadlı) Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silah tətbiq etməklə xuliqanlıq) təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə azadlıqda olan şəxs hökm oxunduqdan sonra məhkəmə zalında həbs edilib.

Hadisə Xaçmazın Qobuqırağı kəndində baş verib. F.Vəliyev evində olan ov tüfəngini “Hyundai İ30” markalı avtomobilinə qoyaraq məscidə yollanıb. Orada olan şəxsləri və imamı hədləyərək, səs-küy salıb və təhqiredici ifadələr işlədib. Lakin F.Vəliyev hadisə zamanı atəş açmayıb.

Seçilən
7
15
bakuinfo.net

10Mənbələr