Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ləğvi barədə qərar qəbul edilib.BUTA.TV xəbər verir ki, bununla bağlı müvafiq qərar bir neçə gün əvvəl AMEA-nın Rəyasət Heyəti tərəfindən verilib. Hazırda AMEA-nın nəzdində 9 institut qalıb: 1. Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu; 2. Memarlıq və İncəsənət İnstitutu; 3. Folklor İnstitutu; 4. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu; 5. Nəsimi adına Dilçilik İnstitutu; 6. Arxeologiya və Antropologiya İnstitutu; 7. Fəlsəfə və Sosiologiya İnstitutu; 8. Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutu; 9. Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu. Qeyd edək ki, AMEA-ya Respublika Seysmoloji Xidmət Mərkəzi də daxildir.