AZ

Göyçayda qayda pozan sürücü maşını kanala aşırdı- VİDEO

Göyçay rayonunda qayda pozan sürücü maşını su kanalına aşırıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə yanvarın 25-də səhər saatlarında Heydər Əliyev prospektində qeydə alınıb. Hərəkətdə olan 23-BN-085 dövlət nömrə nişanlı “VAZ-2115” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Nəticədə idarəetmədən çıxan maşını yol kənarındakı kanala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. 

Qeyd edək ki, maşın hadisə yerinə cəlb olunmuş evakuator vasitəsilə ərazidən kənarlaşdırılıb.

Faktla bağlı sürücü məsuliyyətə cəlb olunub.

Nərmin

Seçilən
27
27
avtosfer.az

8Mənbələr