Bakı. Trend:
Almaniyada yaşayanların 65%-dən çoxu Almaniya kansleri postunaəsas namizədlərdən olan Fridrix Mertzin miqrasiyaqanunvericiliyinin sərtləşdirilməsi ilə bağlı təkliflərinidəstəkləyir.
Trend xəbər verirki, bu barədə xarici KİV-lər "INSA" sosioloji institutununkeçirdiyi ictimai rəy sorğusuna əsasən məlumat yayıb.
Məlumata görə, Xristian-Demokratik və Xristian-Sosial İttifaqlarBlokundan olan Mertz, kansler vəzifəsinə gələcəyi ilk gündəcəDaxili İşlər Nazirliyinə Almaniyanın bütün qonşu dövlətlərlə olansərhədlərini ciddi uzunmüddətli nəzarətə götürməyi tapşıracağını vəqanunsuz mühacirlərin ölkəyə girişinə faktiki olaraq qadağaqoyacağını bildirib.
Qeyd edilir ki, Mertzin bu planlarını respondentlərin 66%-idəstəkləyir. Xristian-demokratların liderinin təklifləri eynizamanda hazırkı kansler Olaf Şoltsun partiyası olanSosial-Demokratlar partiyasının seçiciləri arasında da populyardır.Sosial demokratların 56%-i onun təkliflərini təqdir edib.