AZ

Parisdə tarixi bina yandı - Video

Fransanın paytaxtı Parisdə tarixi binalardan birində yanğın baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Parisin 12-ci rayonunun bələdiyyəsinə aid binada qeydə alınıb.

Nəticədə binanın damı və zəng qülləsi külə dönüb. Bununla belə, xəsarət alan olmayıb.

Hələlik yanğının baş vermə səbəbi bəlli deyil. Hadisə yerinə 150-yə yaxın yanğınsöndürən cəlb olunub.

Qeyd edək ki, bina 19-cu əsrə aiddir. Binanın yuxarı hissəsinin uçma təhlükəsi var. 

Seçilən
8
4
qafqazinfo.az

6Mənbələr