Türkiyənin paytaxtı Ankarada Ermənistan-Türkiyə sərhədinin yenidən açılmasının Qars vilayətinin iqtisadiyyatına təsiri ilə bağlı müzakirə aparılıb.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyənin “BHA” agentliyi məlumat yayıb.
Bildirilib ki, tədbirdə Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi Serdal Kılıç, Qars Ticarət və Sənaye Palatasının sədri və bir sıra digər rəsmilər iştirak edib.
Görüş zamanı Serdar Kılıç Türkiyənin Ermənistanla sərhədlərinin açılmasının həm Qars vilayətinə, həm də bütün Türkiyəyə mühüm təsir göstərəcəyini vurğulayıb.
Qars Ticarət və Sənaye Palatasının sədri Kadir Bozan çıxışında Türkiyə-Azərbaycan-Ermənistan münasibətlərində baş verənləri yaxından izlədiklərini qeyd edərək, müvafiq məsələnin həllindən sonra Türkiyə ilə sərhədlərin yenidən açılmasının vacibliyini bəyan edib.
“Ermənistan təkcə Qarsın və bölgənin deyil, bütün Türkiyənin sosial-iqtisadi həyatına böyük təsir göstərəcək”, - deyə Bozan əlavə edib.
Onun sözlərinə görə, bu sərhədin yenidən açılması ilə Qarsda işsizlik səviyyəsi aşağı düşəcək və iqtisadiyyat sürətlə böyüməyə başlayacaq.
Daşqın HəsənovMissiya.Az