ABŞ-da səfərdə olan Pakistanın daxili işlər naziri Möhsin Naqvi Çin Kommunist Partiyasına qarşı informasiya kampaniyası apardığı iddia edilən lobbi qrupunun təşkil etdiyi tədbirdə iştirak etməsi ilə bağlı yayılan xəbərləri təkzib edib. Bu barədə bazar günü “Dawn” qəzeti siyasətçinin Hyustonda jurnalistlərlə söhbətinə istinadən məlumat yayıb.
“Mən heç bir anti-Çin rəsmi tədbirdə iştirak etməmişəm və ya olmamışam”, - deyə Naqvi bildirib. Siyasətçi həmçinin qeyd edib ki, o, Amerikanın “Gunster Strategies Worldwide” ictimaiyyətlə əlaqələr firmasının təşkil etdiyi naharda iştirak edib və bəzi KİV-lər bunu Çin əleyhinə olması ilə əlaqələndiriblər. "Onlar- media istədikləri qədər təbliğat apara, yalan yaza bilərlər", - deyə İslam Respublikasının Daxili İşlər Nazirliyinin rəhbəri vurğulayıb.
Möhsin Nəqvi ABŞ-da səfərdədir və səfər zamanı ABŞ Konqresi və Senatının nümayəndələri ilə görüşlər keçirir. Dawn-a görə, bu görüşlərin məqsədi “Amerika siyasətçiləri ilə koordinasiyada effektiv antiterror strategiyası hazırlamaqdır”.
Əziz Mustafa, Oxuməni.az