AZ

Keçmiş deputat həbs edildi

Qazaxıstan məhkəməsi keçmiş deputat Kayrat Kudaibergen barəsində həbs qərarı çıxarıb.

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, o, Qazaxıstan Cinayət Məcəlləsinin 272-ci (Zorakılıq, soyğunçuluq, yanğınla müşayiət olunan kütləvi iğtişaşların təşkili) və 126-cı (Qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirli bilinərək 8 il müddətinə həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Kudaibergen 2022-ci ilin iyulunda deputat mandatından məhrum edilib.

O, həmçinin üzvü olduğu Əmanət partiyasından xaric olunub.

"Cebheinfo.az"

Seçilən
4
4
cebheinfo.az

9Mənbələr