AZ

YAP-ın Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədlərinin seçicilərlə izdihamlı görüşü keçirilib - FOTOLAR

Azərbaycan Respublikasında 29 yanvar 2025-ci il tarixində növbəti bələdiyyə seçkiləri keçiriləcək.

Mia.az xəbər verir ki, təşviqat mərhələsi ərzində olduqca aktiv kampaniya aparan Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsi üzvlüyünə namizədləri təşviqat mərhələsi çərçivəsində seçicilərlə son görüşlərini keçiriblər.

O qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 200 illik tarixində mümkün olmayanı mümkün edib: “Biz 30 ilə yaxın müddətdə Qarabağ həsrəti ilə yaşadıq. Doğma torpaqlarımız düşmən tapdağı altında olsa da, bir an belə ola ümidimizi itirmədik. 44 günlük Vətən müharibəsi bizi bütün dünyada qalib ölkə kimi tanıtdı. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, xalqımızın o birliyi, həmrəyliyi, dövlətimizin başçısı İlham Əliyevin ətrafında yumruq kimi sıx birləşərək orduya dəstəyi qələbəmizi təmin etdi. 44 gün ərzində Azərbaycan Ordusu düşmənin həm canlı qüvvəsini, həm də döyüş texnikalarını darmadağın etdi. Xalqımız hər zaman əmin idi ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində yeganə problemimiz olan Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Səbirlə bu anı gözləyirdilər və həmin gün gəldi. Mürsəl kimi igid oğullarımız bu qələbəni bizə bəxş etdi. Mən bilirəm ki, Mürsəlin və bütün şəhid qardaş-bacılarımızın ruhu şaddır. Həm döyüş meydanında, həm də siyasi müstəvidə qələbəmiz göstərdi ki, torpaqlarımız uğrunda şəhid olmuş igidlərimizin qanı yerdə qalmadı”.

İxdiyar Nəcəfov həmçinin bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra revanşist meylə düşən Ermənistan rəhbərliyinin başına ikinci dəfə dəmir yumruq 2023-cü ilin sentyabr ayının 19-da başlanan və 23 saat davam edən antiterror əməliyyatı zamanı dəydi: “Qısa müddətdə, yüksək peşəkarlıqla həyata keçirilən antiterror əməliyyatı düşmənin belə desək onurğa sütununu qırdı. Uğurlu antiterror əməliyyatı Azərbaycan dövlətinin qələbəsi, xalqımızın haqlı mövqeyinin, tarixi ədalətin, Vətən sevgisinin və döyüşlərdə iştirak edən Silahlı Qüvvələrimizin peşəkarlığının təntənəsi idi. Xüsusi vurğulanmalıdır ki, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli bəyanatın imzalanmasından sonra ötən postmüharibə dövründə Ermənistanın təxribatlardan və işğalçılıq siyasətindən əl çəkməyərək sərgilədiyi qeyri-konstruktiv davranışlar antiterror əməliyyatının keçirilməsini labüd etmişdi.

Çıxış üçün söz alan şəhid Mürsəl Kazımlının atası Kamil Kazımov bildirib ki, yeganə oğul övladının qəhrəmanlığı bundan sonra neçə illər ötsə də dillərdə dastan olacaq: “44 günlük Vətən müharibəsi başlananda hər birimiz sevindik. Ona görə ki, dövlətimiz, xalqımız üçün həlledici məqam yetişmişdi. Biz müharibədə gördük ki, Cənab İlham Əliyev uzun illər ərzində necə güclü ordu sistemi yaradıb və vətənpərvər gənclər yetişdirib. Məhz İlham Əliyev cənablarının prezidentliyi dövründə yetişən gənclik Qarabağın azad edilməsində fəallıq göstərdilər. Biz şəhid ailələri Cənab Prezidentimizin, onun ömür-gün yoldaşı Mehriban xanım Əliyevanın bizlərə göstərdiyi qayğıdan xeyli razıyıq. Oğlumun ruhu şaddır, çünki bu gün Azərbaycan öz suverenliyini tam bərpa edib. Hörmətli İxdiyar müəllim, əziz namizədlər mən sizin hər birinizə seçkilərdə uğurlar arzulayıram. Yeni Azərbaycan Partiyasının qələbələrinə öyrəşmişik. Yanvar ayının 29-da qələbəni birlikdə qeyd edərik. Diqqətiniz üçün sağolun”.

Növbəti çıxış üçün söz “Dövlətə Dəstək” Qazilər İctimai Birliyinin sədri Rəhman Muradova verilib. O bildirib ki, rəhbəri olduğu təşkilatın üzvləri, eləcə də bütün qazilər hər zaman dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub: “Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və Sərəncamlar, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə və müharibə əlillərinə mərhəməti, qayğısı çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Biz qazilər hər zaman dövlətimizin, Ali Baş Komandanımız İlham Əliyevin yanındayıq. Hər birinizi qarşıdan gələn bələdiyyə seçkilərində fəal olmağa səsləyirəm. Gəlin səsvermə günü seçkiyə gedək və doğma Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verək. Diqqətiniz üçün təşəkkür edirəm”.

Daha sonra çıxış edən tarix elmləri namizədi Vaqif Rüstəmov və fizika elmləri doktoru, Elmlər Akademiyasının baş elmi işçisi, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Bəxtiyar Nəcəfov son illər Azərbaycanın bütün sahələrdə əldə etdiyi misilsiz uğurlara diqqət çəkərək bu uğurların memarının İlham Əliyev cənablarının olduğunu vurğulayıblar. Onların sözlərinə görə, bu gün Azərbaycan elə bir qüdrətli dövlətə çevrilib ki, hətta böyük super güclər belə onunla hesablaşmaq məcburiyyətindədir.

Seçilən
2
2
mia.az

4Mənbələr