AZ

Qılıncoynadanımız Tartuda bürünc medal qazanıb

Azərbaycan millisinin qılıncoynadanı Vahab Fətullayev Estoniyanın Tartu şəhərində keçirilən beynəlxalq "Baltic Cup" turnirində bürünc medal qazanıb.

İdman.biz xəbər verir ki, 20 yaşadək şpaqaçıların şəxsi yarışında mübarizəyə 1/16 finaldan başlayan idmanı bu mərhələdə latviyalı Aleksejs Malinovskisi 15:12 hesabı ilə məğlub edib.

Vahabın 1/8 finalda da rəqibi Latviya şpaqaçısı olub. Şpaqaçımız bu dəfə Nikita Aniskoya 15:6 hesabı ilə qalib gəlib. Təmsilçimiz yarımfinala yüksəlmək uğrunda keçirilən qarşılaşmada eston Nikita Doronini 15:14 hesabı ilə üstələyib. Bürünc medalı təmin edən Vahab Fətullayev finalın bir addımlığında estoniyalı Marek Puhma 13:15 hesabı ilə uduzub.

İdman.biz

Seçilən
5
6
idman.biz

10Mənbələr