AZ

Slovakiya və İsveç səfirlikləri NATO-nun Azərbaycandakı əlaqələndiricisi olub

Slovakiya və İsveç səfirlikləri NATO-nun Azərbaycandakı əlaqələndiricisi rolunu yerinə yetirəcəklər.

busaat.az xəbər verir ki, bu barədə İsveç səfirliyi sosial media hesabında paylaşım edib.

Bildirilib ki, Slovakiya səfirliyi və İsveç səfirliyi yanvar ayının 1-dən etibarən 2025-2026-cı illər üçün NATO-nun Azərbaycandakı əlaqələndirici səfirlikləri rolunu yerinə yetirdiklərini elan etməkdəkdən məmnundur.

“Səfir Layçiak və səfir Lorentzson azərbaycanlı həmkarları ilə sıx əməkdaşlıq çərçivəsində NATO-nun Azərbaycanda həyata keçirdiyi təbliğat səylərini və digər tərəfdaşlıq fəaliyyətlərini dəstəkləməyi səbirsizliklə gözləyir”, – paylaşımda qeyd edilib.

Seçilən
14
5
busaat.az

7Mənbələr