Rayonlara, xüsusilə Bakıya qar yağmamasının səbəbi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında ekoloq Cəmşid Bəxtiyar bildirdi ki, Azərbaycanda və ümumiyyətlə, ölkəmizin aid olduğu coğrafiyada yağıntının miqdarında son illər azalma tempi müşahidə edilməkdədir. Onun sözlərinə görə, bunun müxtəlif amillərdən qaynaqlanan bir neçə səbəbi var:
"Konkret olaraq, bu qış Azərbaycanda yağıntının azalması bir neçə amillə əlaqədar ola bilər: Atmosfer sirkulyasiyasının dəyişməsi, qlobal iqlim dəyişiklikləri və regional iqlim təsirləridir.
Qış aylarında atmosfer təzyiq sistemlərinin və hava axınlarının dəyişməsi nəticəsində yağıntı gətirən siklonların ölkə ərazisinə təsiri zəifləyə bilər. Bu, yağıntının azalmasına səbəb ola bilər. Qlobal istiləşmə nəticəsində bəzi bölgələrdə yağıntı rejimində dəyişikliklər müşahidə olunur. Azərbaycanda da iqlim dəyişikliyi nəticəsində yağıntıların miqdarı və paylanmasında dəyişmə müşahidə edilir”.
Ekoloq əlavə etdi ki, Xəzər dənizinin səviyyəsinin dəyişməsi və digər regional iqlim amilləri də yağıntının miqdarına təsir göstərə bilər.
10Mənbələr
-
ekologiya.azQışın ən soyuq ayı hələ qarşıdadır — Ekoloqdan AÇIQLAMA ( 15074331)
-
referans.azQışın ən soyuq ayı hələ qarşıdadır — Ekoloqdan AÇIQLAMA ( 15069681)
-
demokrat.azQışın ən soyuq ayı hələ qarşıdadır — Ekoloqdan AÇIQLAMA ( 15068845)
-
redaktor.azQışın ən soyuq ayı hələ qarşıdadır - Ekoloqdan AÇIQLAMA ( 15068707)
-
demokrat.azBakıya qar yağacaq — Tarix AÇIQLANDI ( 15014535)
-
news24.azBakıya qar yağacağı deyilirdi, amma... - Nazirlikdən AÇIQLAMA ( 14946175)
-
bakuinfo.netBakıya qar yağacağı deyilirdi, amma... - Nazirlikdən AÇIQLAMA ( 14938949)
-
olke.azBakıya qar yağacağı deyilirdi, amma... - Nazirlikdən AÇIQLAMA ( 14937407)
-
demokrat.azHəcc ziyarətinin qiymətləri niyə bahalaşır? — AÇIQLAMA ( 14935133)
-
news24.azDəhşətli şaxtalar, qar, soyuq gəlir – Ekspertdən xəbərdarlıq ( 14830245)