Bakı. Trend:
Yelo Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkiletdiyi “Yaşıl Gələcək” platforması çərçivəsində həyata keçirilənağacəkmə aksiyasına verdiyi dəstəyə görə “İlin ən yaxşı tərəfdaşı”adına layiq görüldü. Təltif mərasimində Yelo Bank-ı təmsil edənnümayəndəyə mükafatı cənab nazir Muxtar Babayev təqdim etdi.
Yelo Bank, ekoloji məsuliyyətini dərk edərək 2024-cü ildə “Yaşıləmanət” kampaniyasını uğurla həyata keçirib. Bu kampaniyaçərçivəsində müştərilərin yerləşdirdiyi hər bir əmanət bir ağacaçevrildi. Nəticədə təbiətə 1,500-dən çox ağac bəxş edildi və yaşılgələcək üçün böyük bir addım atıldı.
Ətraf mühitin qorunması və ekoloji təşəbbüslərin dəstəklənməsiYelo Bank-ın prioritetlərindən biridir. Həm ofisdaxilində, həm dəxidmət məntəqələrində kağızın şüurlu istifadəsinə, istifadə olunmuşkağız, batareyaların təkrar emalı üçün toplanmasına xüsusi diqqətedilir. Bank gələcəkdə də ekoloji layihələrdə aktiv iştirakınıdavam etdirməyi, yaşıl təşəbbüslərlə ətraf mühitin qorunmasınadəstəyini planlaşdırır.
Bank xidmətləri, eləcə də onlayn kredit haqqında əlavəsuallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!