AZ

Azərbaycan Prezidenti belaruslu həmkarına təbrik məktubu göndərib

Azərbaycan

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib."Ulusum".az xəbər verir ki, məktubda deyilir:"Hörmətli Aleksandr Qriqoryeviç.Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.Seçkilərdə inamlı qələbəniz Sizə yüksək etimadın, Belarus xalqının Sizin dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsinə, ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına, cəmiyyət həyatının bütün sahələrində demokratik dəyişikliklərin həyata keçirilməsinə yönəlmiş ardıcıl kursunuzu dəstəkləməsinin təzahürüdür.Əminəm ki, birgə səylərimiz Azərbaycan ilə Belarus arasında ənənəvi dostluğun, hərtərəfli əməkdaşlıq münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə, xalqlarımızın və ölkələrimizin rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın inkişafına bundan sonra da töhfə verəcək.Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dost Belarus xalqının tərəqqisi naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram".

Diqqət Çəkənlər

Konqoda döyüşlər: 13 sülhməramlı həlak olub

HAMAS İsrail əsiri Arbel Yehudu 31 yanvarın sonuna qədər azad edəcək

Türkiyədə Grand Kartal otelində baş verən yanğınla bağlı daha iki məmur həbs edilib

Seçilən
35
50
ulusum.az

10Mənbələr